Daha öncə xəbər verdiyimiz kimi, sentyabrın 5-də Ermənistan baş nazirinin təqdimatı ilə Ermənistan prezidenti Armen Sarkisyanın müvafiq əmri əsasında silahlı qüvvələrin baş qərargahının təşkilat-səfərbərlik idarəsinin rəisi general-mayor Kamo Koçunts tutduğu vəzifədən azad edilib.
Məlumata görə, Kamo Koçunts başqa nazirlikdə işə başlayacağı ilə əlaqədar müdafiə nazirliyindən çıxmaq istədiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin arxa cəbhə rəisi - idarə rəisi Norayr Yolçuyan da işdən azad edilib. Ona xidmətini davam etdirmək təklif olunsa da, o, yorulduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az